Ukraynada “qanlı şənbə”: Rusiya bir gündə 590 hərbçisini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada “qanlı şənbə”: Rusiya bir gündə 590 hərbçisini itirdi

Dünya

19 Fevral 2023 11:58 868


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 590 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 142 860 nəfərə çatıb.  Dominos pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 12 zirehli döyüş maşını, 1 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!