Ukraynada Rusiyanın 251-dən çox polkovniki, 161 pilotu öldürülüb 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada Rusiyanın 251-dən çox polkovniki, 161 pilotu öldürülüb 

Dünya

17 İyun 2023 13:09 653


Jurnalistlər Ukrayna ilə müharibədə 25 528 rus hərbçisinin öldüyünü təsdiqləməyə nail olublar. Onların arasında 2498 nəfər səfərbərliklə orduya çağırılanlardır. 

“AzPolitika.info” xəbər verir ki, müharibə başlayandan bəri bu araşdırmalar “Mediazona”, BBC Rus Xidməti və könüllülər qrupu tərəfindən aparılır.

Jurnalistlərin fikrincə, müharibəyə cəlb edilmiş məhbuslar müəyyən edilmiş itkilərin ən əhəmiyyətli kateqoriyası olaraq qalır. Ölənlərin əksəriyyəti Krasnodar diyarı, Sverdlovsk və Çelyabinsk vilayətləri, Başqırdıstan, Buryatiya və Volqoqrad vilayətindən olan şəxslərdir. pizza mizza

Təsdiqlənmiş itkilər arasında Rusiya ordusunun və digər hüquq-mühafizə orqanlarının 2150-dən çox zabiti də var. Onlardan 251 nəfəri polkovnik-leytenant və ondan yuxarı rütbədədir. Müharibədə 161 hərbi pilotun öldüyü də məlumdur.

Tədqiqatçıların fikrincə, Baxmuta qış hücumu zamanı rus qoşunları ilk həftələrdə daha çox insan itirə bilərdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!