Ukraynadan Belqoroda hücum: Üç nəfər ölüb, xeyli sayda yaralı var

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Belqoroda hücum: Üç nəfər ölüb, xeyli sayda yaralı var

Dünya

09 Avqust 2026 15:05 323


Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Belqorod şəhərinə kütləvi hücumu nəticəsində üç nəfər həlak olub, ikisi uşaq olmaqla daha 25 nəfər xəsarət alıb.

"Yeni Sabah"  "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı bazar günü məlumat yayıb.

"Dəqiqləşdirilmiş məlumata görə, üç nəfər - bir qadın və iki kişi həlak olub. 25 nəfər yaralanıb, onların arasında iki uşaq da var. Uşaqlardan biri - dörd yaşlı oğlan Uşaq Vilayət Klinik Xəstəxanasında müalicəsini davam etdirir. Həmçinin 12 nəfər tibb müəssisələrinə yerləşdirilib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır", - deyə məlumatda bildirilir. pizza mizza

Əməliyyat qərargahının məlumatına görə, ötən gecə Belqoroda 16 pilotsuz uçuş aparatı ilə zərbələr endirilib, onlardan üçü vurulub.

Hücum nəticəsində şəhərdə üç inzibati bina, üç sosial və altı kommersiya obyekti, həmçinin 29 çoxmənzilli yaşayış binası zədələnib. Yaşayış binalarından ikisində yanğın baş verib.

Bundan əlavə, beş fərdi yaşayış evi və 33 avtomobil zədələnib. Evlərdən biri yanıb, beş avtomobil isə alovdan zərər görüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!