Ukraynalı nazir və müavini vertolyot qəzasında öldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı nazir və müavini vertolyot qəzasında öldü

Dünya

18 Yanvar 2023 12:28 691


Kiyev vilayətinin Brovarı qəsəbəsində helikopterinqəzaya uğraması nəticəsində Ukraynan Daxili İşlər Nazirliyinin rəhbəri Denis Monastırski həlak olub.  

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko məlumat verib.

“Bu gün səhər, yanvarın 18-də Brovarıda Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində daxili işlər naziri, nazirin birinci müavini və dövlət katibi həlak olub”, - deyib. Marqarita pizza

Klimenkonun sözlərinə görə, hazırda 16 nəfər, o cümlədən 2 uşağın öldüyü məlumdur. O bildirib ki, ölənlərdən 9-u helikopterin göyərtəsində olub.

“22 zərərçəkən xəstəxanadadır, onlardan 10-u uşaqdır. Hadisə yerinə baxış davam edir”, – polis rəisi əlavə edib. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!