Ukraynalı pilotlar “F-16”-larda təlim keçmək üçün ABŞ-yə gedib 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı pilotlar “F-16”-larda təlim keçmək üçün ABŞ-yə gedib 

Dünya

05 Mart 2023 08:34 653


İki ukraynalı pilot döyüş təyyarələrini, o cümlədən “F-16” qırıcılarını idarə etmək bacarıqlarını qiymətləndirmək üçün ABŞ-dədir. 

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. 

Ukraynalı pilotların bacarıqları Arizona ştatının Tukson şəhərindəki hərbi bazada simulyatorlarda qiymətləndirilir və bu proses digər ukraynalı pilotların cəlb edilməsi ilə davam etdirilə bilər. Bildirilir ki, ABŞ rəhbərliyi bu ay oxşar qiymətləndirmədən keçmək üçün daha 10 ukraynalı pilotun ABŞ-yə gətirilməsinə icazə verib.  pizza mizza

Bu, ukraynalı pilotların amerikalı hərbi təlimçilər tərəfindən bacarıqlarının qiymətləndirilməsi üçün ABŞ-a ilk belə səfəridir. Qeyd edilir ki, əsas məqsəd pilotların bacarıqlarının artırılması və tələb olunan təlimlərin müddətini müəyyən etməkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!