Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb.
"Ukraynalı 30 uşaqdan ibarət qrup növbəti iki həftəni Azərbaycanda xoş keçirmək üçün reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib", - o bildirib. pizza hut
Səfirin sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb: "Azərbaycana xoş gəlmisiniz".
Telegram kanalımız