Ukraynalı uşaqlar zorla rus məktəblərinə göndərilir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı uşaqlar zorla rus məktəblərinə göndərilir

Dünya

03 Mart 2023 09:22 647


Rusiya Ukraynanın işğal etdiyi bölgələrində 6 minə yaxın ukraynalı uşağı zorla rus məktəblərinə göndərir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib. 

Onun sözlərinə görə, Rusiya ələ keçirdiyi ərazilərdə 43 qondarma təhsil düşərgəsi yaradıb.  Dördpendirli pizza

"Ukraynaya qarşı ən vətənpərvər uşaqlar orada saxlanılır. Bizdə olan məlumatlara görə, hazırda 6000-ə yaxın uşağa psixoloji və fiziki təzyiq göstərilir”, - deyə Lubinets vurğulayıb. 

Ombudsman qeyd edib ki, həmin uşaqların Ukrayna dilində ünsiyyəti qadağan edilib, onlardan Ukrayna sənədləri alınır və qanunsuz olaraq övladlığa verilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!