Ukrayna müharibəni Rusiyaya uduzur.
"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, bunu istefa verən Ukrayna müdafiə naziri Mixaylo Fyodorov bildirib.
Onun sözlərinə görə, rəsmi Kiyevin vəziyyəti öz xeyrinə dəyişdirmək üçün lazımi əsas qərarlar qəbul etməsi üçün bir neçə ayı var. Sezar pizza
M.Fyodorov Ukraynanın münaqişədə qalib gəlmək üçün ortaq bir vizyonu, eləcə də yenilik etmək qabiliyyətinin olmadığını bildirib.
Sabiq nazir qeyd edib ki, kök salmış korrupsiya və himayədarlıq şəbəkələri, eləcə də dövlət qurumlarında siyasi müstəqilliyin olmaması ölkənin inkişafını ləngidir.
O qeyd edib: "Düşünürəm ki, gələcək trayektoriyamızı müəyyən edəcək bir dönüş nöqtəsinə çatmışıq, amma görünür, tədricən, yavaş-yavaş uduzuruq".
Fyodorov əlavə edib ki, Ukraynanın hələ də qalib gəlmək üçün bütün şansları var, lakin təcili olaraq müharibəyə son qoymaq üçün bir plana ehtiyacı var.
Telegram kanalımız