Ukraynanın keçmiş xarici işlər naziri Leonid Kojara qəsdən adam öldürməkdə şübhəli bilinərək, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
"Yeni Sabah" bu barədə “RİA Novosti”yə istinadən xəbər verir ki, Kojara evində planlaşdırılmış qətl törətməkdə günahlandırılır.
Bir ay öncə keçmiş nazirin evində 56 yaşlı Kiyev sakininin - “Atlantic Group” şirkətinin direktoru Sergey Staritskiyin öldüyü məlum olmuşdu. Polis öncə intihar versiyasını nəzərdən keçirsə də, daha sonra bunun qətl olduğu üzə çıxıb. Pepperoni pizza
Xatırladaq ki, Kojara 2012-2014-cü illərdə Ukrayna XİN-ə rəhbərlik edib.
Telegram kanalımız