Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb

Dünya

09 Aprel 2023 11:13 565


“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”. 

“Report”un məlumatına görə, Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib. 

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır - 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”-deyə, o bildirib.  Sezar pizza

Bundan əvvəl Ukrayna Milli Bankı məlumat vermişdi ki, bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatları əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil edib. Bu, onun ölkənin valyuta bazarında tələb və təklif arasındakı fərqi ödəmək üçün xarici valyutanın satışına müdaxiləsi ilə bağlı baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!