Ukraynaya raket və PUA hücumu: 8 nəfər öldü, 27 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya raket və PUA hücumu: 8 nəfər öldü, 27 nəfər yaralandı

Dünya

07 Oktyabr 2026 14:37 63


Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Kiyev meri Vitali Kliçko bildirib ki, gecə və səhər saatlarında paytaxta hücumlar olub. Şəhərin müxtəlif rayonlarında infrastruktura ziyan dəyib, nəticədə 2 nəfər ölüb. Toyuqlu pizza

Poltava vilayətinin Kremençuk şəhərinə endirilən zərbələr nəticəsində isə 2 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.

Çerniqov vilayətinin Priluki şəhərinə raket hücumu zamanı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücumlar zamanı müxtəlif tipli raket və PUA-lardan istifadə edilib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri 44 raket və 117 PUA-nı zərərsizləşdirib. Ölkənin müxtəlif bölgələrinə hücumların davam etdiyi bildirilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!