Universitet müəllimi həbs olundu - Tələbələri şantaj edib

saytların hazırlanması

Evə çatdırılma

Universitet müəllimi həbs olundu - Tələbələri şantaj edib

Hadisə

29 Sentyabr 2026 10:30 540


Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.

Onun bu davranışından iki tələbə zərər çəkib. Dördpendirli pizza

Tələbələrin şikayətində sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməllər sübuta yetirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!