“Əslində hər zaman müharibələrin əleyhinəyəm. Bilirsiz ki, valideynlərim hərbçidir. Anam torpaq uğrunda vuruşub, yaralanıb, iki güllə yarası alıb, amma, torpaqlarımız hələ qayıtmayıb. Onu da qeyd edim ki, Xocalı hadisələri beynimizdən silinə bilməz. Orda baş verənləri yaddan çıxara bilmərik. O vəhşiliyi unutmaq, bağışlamaq mümkün deyil. Ona görə torpaqlarımız qayıtmalıdır ki, orda həlak olan, yaralanan insanların qanı yerdə qalmasın“.
Yenisabah.az xəbər verir ki, bu sözləri sherg.az-a açıqlamasında tanınmış müğənni Nura Suri deyib. Sənətçi deyib ki, qan tökülmədən də işğalda olan ərazilərimizi qaytara bilərik: “Çünki bütün dünya zərər çəkən tərəfin olduğumuzu bilir. Bizim torpaqlarımız işğal edilib, onlar hücuma keçiblər. Bu hadisələrin hamısı Azərbaycan ərazisində baş verib. Ona görə də onların başqa variantı qalmayacaq.
Düşünürəm ki, bütün dünyanın gözündən düşmək istəməyəcəklər. Onsuz da dünya bilir, hamı başa düşür. Sülh yolu ilə torpaqlarımızın qayıdacağına inanıram. Amma bu neçə gündə verdiyimiz şəhidlərin qanını yerdə qoya bilmərik. Əgər onlar danışıq yolu ilə qaytarmayacaqlarsa, hamımız bir olub döyüşə getməliyik.“ pizza mizza
"Bəs sizin orduda iştirak üçün qeydiyyatdan keçmək fikriniz varmı" sualına müğənni belə cavab verib:
“Hələ müarciət etməmişəm. Çünki hazırda iki övladım xaricdədir. Məlum məsələlərə görə ölkəyə gələ bilmirlər. On iki yaşlı övladım var. Qeydiyyatdan keçim, sabah çağırış olsa övladımı harda qoyum gedim? Amma zərurət yarandığı halda uşağımı da götürüb döyüşə gedəcəm. Başqa variantım yoxdur. Hamımız belə edəcəyik“.
Telegram kanalımız