“Uşağınız həyatda olmayandan sonra təhsili kimə lazımdır?“

saytların hazırlanması

Evə çatdırılma

“Uşağınız həyatda olmayandan sonra təhsili kimə lazımdır?“

Şou

07 May 2022 16:51 280


"Əziz valideynlər, analar, atalar: Bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova bildirib. Valideynlərə səslənən sənətçi son günlər məktəblilər arasında baş verən intihar hadisələrinə münasibət bildirib:

"Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin: aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun - fərqi yoxdur, lap fəhlə olsun... Amma canı sağ, salamat, sağlam və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun".  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!