Uşaqlarda allergik xəstəliklərin artması mütəxəssisləri narahat edən əsas problemlərindən biri hesab olunur.
“Yeni Sabah” xəbər verir ki, statistikaya görə, dünya əhalisinin 25 faizə qədərində müxtəlif allergik reaksiya və xəstəliklər müşahidə edilir və xüsusilə azyaşlı uşaqlarda bu hallara daha həssas yanaşmaq lazımdır.
Mütəxəssislərin fikrincə, allergiyadan qorunmaq üçün qarışıq qidalardan mümkün qədər az istifadə olunmalı, allergik təsir göstərən maddələrdən və yorğan-döşək kimi allergen mənbələrindən uzaq durulmalıdır. Ev heyvanlarının, xüsusilə pişiklərin ifrazatının da allergiyaya səbəb olduğu bildirilir. Həmçinin evlərin təmizlənməsi zamanı su ilə işləyən tozsoranlardan istifadə olunmasının allergenləri azaltdığı qeyd edilir. pizza
Həkimlər bildirirlər ki, uşaqlarda allergiyanın əsas əlamətləri burun tutulması, nəfəs almaqda çətinlik, asqırmaların artması və gözlərdə qaşınma kimi simptomlarla özünü göstərir. Bununla yanaşı, xəstəlik uşaqlarda psixoloji gərginlik də yarada bilər.
Qeyd olunur ki, bəzi hallarda səhər saatlarında müşahidə olunan qısa müddətli quru öskürək allergik rinitlə səhv salınır. Halbuki bu, allergiyanın ilkin əlamətlərindən biri ola bilər. Bu səbəbdən valideynlərə belə hallarda mütləq ixtisaslı həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, allergiya erkən aşkar edildikdə onun müalicəsi mümkündür. Vaxtında müalicə aparılmadıqda isə xəstəlik ciddi və qalıcı fəsadlara səbəb ola bilər.
Aytac Əliyeva
Telegram kanalımız