Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrika ölkəsi Qanada “Marburq qızdırması” epidemiyası elan edib. Ebolanın yaxın qohumu olaraq təyin olunan və peyvəndi və ya spesifik müalicəsi olmayan Marburq qızdırmasının ölüm nisbəti yüzdə 90-a çata bilər.
Yenisabah.az ÜST-dən verilən açıqlamaya istinadla xəbər verir ki, Seneqalda laboratoriyaya göndərilən nümunələrdə Marburq virusunun aşkar edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, xəstələrin təmasda olduğu 90-dan çox şəxs, o cümlədən tibb işçiləri müəyyən edilərək karantin altına alınıb.
ÜST-nin Afrika direktoru Dr. Matshidiso Moeti, açıqlamasında, səhiyyə orqanlarının Marburq virusuna tez reaksiya verərək hazırlanmağa başladığını deyib. pizza mizza
Telegram kanalımız