“Üzbəüz gələndə qucaqlayıb, duz kim yalayıb...” – Fərdadan Azərə cavab

saytların hazırlanması

Evə çatdırılma

“Üzbəüz gələndə qucaqlayıb, duz kim yalayıb...” – Fərdadan Azərə cavab

Şou

06 Fevral 2024 13:57 573


Aktyor Fərda Xudaverdiyev həmkarı Azər Axşamın onunla bağlı qalmaqallı açıqlamasına münasibət bildirib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə sənətçi “Sözbaz” proqramında danışıb.

Onun sözlərinə görə, A. Axşamın yerinə utanıb: Sezar pizza

“Ondan heç belə şey gözləmirdim. Münasibətimiz var, dəfələrlə onunla görüşmüşük. Mənim aktyorluğuma, şübhəsi olan, Azər daxil, istənilən aktyora, yaşından asılı olmayaraq, səslənirəm. İstənilən obrazı qarşı-qarşıya oynayıb sizi üstələməyə belə hazıram. İstədiyiniz obrazı, alışdığınız obrazları demirəm, canlı yayımda göstərməyə hazıram.

Amma mən sizə özümü sübut etmək məcburiyyətində deyiləm. Bu nəyin aqressiyası, kinidir? Bu harada belə vurub partladı? Bu niyə belə oldu?

Məndən yaşca bir az böyük ola bilər, amma sənətdə mən özümdən böyük artıq bu sözdən sonra nə onu, nə də ona dəstək olanların heç birini özümdən böyük saymıram. Çünki mən imtahanı hər həftə tamaşaçı qarşısında vermişəm. Köhnələr, illərini bu sənətə vermiş insanlar bir-birinə hörmət etməsə, arxada gələnlər sizi “şumlayıb” keçəcək. Bunu yadınızda saxlayın. Mənimlə üzbəüz gələndə qucaqlayıb, duz kim yalayıb...

Bir az da əqidəniz olsun. Hər kəs həddini biləcək. Yaşım da, təcrübəm də imkan verir ki, mən Allahın bu coğrafiyaya verdiyi möcüzəyəm. Bunu istəyirsiniz, qəbul edin, istəyirsiniz də etməyin. Mən öz dəyərimi yaxşı bilirəm, dostum”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!