Vahid Əhmədov səhhəti ilə bağlı danışdı
07 İyl 2020 21:21
913

Vahid Əhmədov səhhəti ilə bağlı danışdı

Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkili Musavat.com-a açıqlamasında deyib.

Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.

V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.

Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər