Vahid Ələkbərovun yaxtası Barselonada...

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərovun yaxtası Barselonada...

Dünya

05 May 2019 13:59 1485


“Forbes” jurnalının rus versiyası “Vesselfinder” portalının məlumatları əsasında  rusiyalı milyarder-oliqarxların yaxtalarının hərəkətini izləyib.
Gəmi-naviqasiya məlumatları əsasında məlum olub ki, milyarder Roman Abramoviçin “Eclipse” yaxtası aprelin 30-da Fransanın Lacivərdi sahillərinə yan alıb.
Həmin yerdə, Nittsada digər rusiyalı oliqarx, “Magnit” şəbəkəsinin sahibi Sergey Qalitskinin “Quantum Blue” yaxtası da lövbər salıb.
Milyarder Oleq Deripaskanın “Queen K” adlı yaxtası isə Albaniya sahillərində, Saranda adlı yerdə görünüb. Azərbaycanlı milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun “Galactica Super Nova” adlı yaxtası isə həmin tarixdə İspaniyanın Barselona limanına yan alıb.
“FosAqro” şirkətlər qrupunun sahibi Andrey Quryevin “Alfa Nero” adlı yaxtası isə İspaniyanın Vilanovo şəhərinin sahillərində görünüb. Digər rusiyalı oliqarx Aleksey Mordaşovun “Lady M” adlı yaxtası isə Türkiyənin Datça şəhəri sahillərində lövbər salıb.
Virtualaz.org
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!