“Vaksin vurdurmamışam, heç vaxt da vurdurmayacam“ - Tanınmış müğənniyə təpki var

saytların hazırlanması

Evə çatdırılma

“Vaksin vurdurmamışam, heç vaxt da vurdurmayacam“ - Tanınmış müğənniyə təpki var

Şou

10 Sentyabr 2021 15:44 1743


Vaksin olunmayacağını dəfələrlə bildirən türkiyəli müğənni Yıldız Tilbe peyvənd olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

Yenisabah.az xəbər verir ki, qardaş ölkədə konsertlərə gedənlər üçün PCR testi tələb edildikdən sonra müğənninin ilk peyvənd dozasını vurdurduğu iddia edilsə də, özü bunun yalan olduğunu deyib.

 Sosial media hesabında iddiaları inkar edən sənətçi peyvənd vurdurmadığını  və bundan sonra da heç vaxt vurdurmayacağını yazıb: Marqarita pizza

"Artıq bu barədə danışmaq istəmirəm, yoruldum. Mən vaksin vurdurmamışam, vurdurmayaacağam. Başqalarının işinə qarışmıram, amma mən vurdurmayacam”.

Bu mövzuda yalan xəbərlər yayanları sərt tənqid edən Tilbe artıq bezdiyini deyib:

"Haqqımda yazılan yalan xəbərləri, böhtanları məhkəməyə versəydim, aldığım təzminatlarla qəzet, yaxud televiziya kanalı açardım. Hətta bir yumoristik həftəlik jurnalım da olardı".

Sənətçinin bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar müğənninin bu addımını tənqid atəşinə tutublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!