“O vaxt anamı, qardaşımı, məni və əmimi həbs etdilər...”
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov deyib.
“Onun sirri” proqramının qonağı olan aktyor vaxtilə İrandan Azərbaycana gəldiyi zaman başına gələnlərdən danışıb: pizza mizza
"İranda anadan olmuşam, 1950-ci ildə anam, mən, kiçik qardaşım və əmim sərhəddi keçib Azərbaycana gəldik. Sərhəddi pozub gəlmişik. Bunu edən də cəza çəkməlidir.
O vaxt İrandan çox adamlar gəlirdi: qarışıqlıq, inqilab, şah hökuməti insanları tuturdu, asırdı, kəsirdi. Ondan canını qurtaranlar gəlirdi. Atam Azərbaycanda idi. Ona görə də anamı, qardaşımı, məni və əmimi həbs etdilər. 3 ay həbsxanada qaldım".
Telegram kanalımız