Toyunda taxdığı çoxsaylı qızıllar və dəbdəbəli həyat tərzi ilə sosial mediada gündəmə gələn “Vanlı Kara Haydar” ləqəbli Mehmet Fatih Tançalanın keçmişi ilə bağlı yeni iddia ortaya çıxıb.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Tançalanın hazırkı həyat yoldaşı Çağla Özün 16 yaşında olduğu dövrdə onunla maraqlandığı və məktəbinin qarşısına getdiyi iddia edilir.
İddialara əsasən, həmin vaxt 31 yaşında olan Tançalan başqa qadınla evli olub. Çağla Özün ailəsinin isə qızlarının narahat edildiyini bildirərək Tançalanı polisə şikayət etdiyi bildirilib. Dominos pizza
Məlumata görə, Tançalanın Çağla Özün məktəbinin qarşısına mütəmadi getdiyi və gənc qızın bundan narahat olduğu iddia olunub.
Daha sonra Çağla Özün başqa şəxslə ailə qurduğu, bir müddət sonra isə boşandığı bildirilir. Tançalanın bundan xəbər tutduqdan sonra yenidən onunla əlaqə yaratmağa çalışdığı da iddialar arasındadır.
Qeyd edək ki, Mehmet Fatih Tançalan sosial mediada paylaşdığı videolardan sonra barəsində başladılan araşdırma çərçivəsində saxlanılıb. O, daha sonra “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” ittihamı ilə həbs edilib. Cütlüyün təxminən 5 il əvvəl nikaha girdiyi, toy mərasimini isə bu yaxınlarda keçirdiyi bildirilir.
Aydan Hacı
Telegram kanalımız