“Vaqner” Polşaya hücum etsə... - ABŞ-dan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner” Polşaya hücum etsə... - ABŞ-dan reaksiya

Dünya

25 İyul 2023 14:57 778


ABŞ Dövlət Departamenti Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh edərkən bəyan edib ki, ABŞ NATO ərazisini qoruyacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun yayımladığı məlumatda dərc olunub. 

Xatırladaq ki, Lukaşenko Vladimir Putinlə görüşündə “Vaqner” döyüşçülərinin guya Polşaya hücum etmək istədiklərinə eyham vurmuşdu. Marqarita pizza

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bəyan edib ki, ABŞ NATO ərazisinin “hər qarışını” müdafiə edəcək. Eyni zamanda Miller deyib ki, Lukaşenkonun sözləri onun çoxsaylı məsuliyyətsiz şərhlərindən daha biridir.

Qeyd edək ki, Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, “Vaqner” PMC-nin muzdluları guya Polşaya soxulmaq istədikləri üçün ona müəyyən təzyiq göstərirlər.

Amerikada Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Belarusa köçürülən “Vaqnerçilər” Ukrayna və Polşa üçün təhlükə deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!