“Vaqner”çilər miqrant adı altında Polşaya soxulur”.
Yenisabah.az “Polsat News”a istinadla xəbər verir ki, bunu yerli PN telekanalının efirində keçmiş mədəniyyət naziri və Belarusun Polşa, Fransa və İspaniyadakı keçmiş səfiri, ölkədən qaçmış müxalifətçi Pavel Latuşko deyib.
O bildirib: “Polşanı yeni təlaş dalğası bürüyüb. Yerli sakinlər əmindirlər ki, Belarusdan ölkəyə qeyri-qanuni mühacirlər daxil olur, onlar, əslində. “Vaqner” qrupunun döyüşçüləridir”. Dominos pizza
Xatırladaq ki, Polşanın Baş naziri Mateuş Moravetski ölkə silahlı qüvvələrinin Polşa-Belarus sərhədində gücləndirilməsi barədə göstəriş verib.
Bu, “Vaqner”in Kalininqrad bölgəsini Rusiyanın qalan hissəsindən ayıran Suvalki dəhlizindən keçə biləcəyi qorxusu ilə bağlıdır.
Telegram kanalımız