“Vaqner“çilər və MN əsgərləri arasında münaqişə - Peskovdan təkzib

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner“çilər və MN əsgərləri arasında münaqişə - Peskovdan təkzib

Dünya

16 Yanvar 2023 14:07 614


"Müdafiə Nazirliyi ilə “Vaqner"çilər arasında iddia edilən münaqişə barədə məlumatlar informasiya manipulyasiyasının məhsuludur.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib: “Bu "münaqişə" təbii ki, informasiya məkanında mövcuddur. Həmişə olduğu kimi, bunlar əsasən informasiya manipulyasiyalarının və s. məhsullarıdır ki, bu da bəzən informasiya rəqiblərimizə uyğun gəlir, amma bəzən dostlarımızın özləri elə aparırlar ki, heç bir düşmənə ehtiyac qalmır”. Dördpendirli pizza

D. Peskovun sözlərinə görə, hamı ortaq bir iş görür, hər kəs öz vətəni üçün döyüşür və ona belə yanaşmaq lazımdır.

O, həmçinin bəyan edib ki, ölkə öz qəhrəmanlarını tanımalıdır.

"O cümlədən silahlı qüvvələrimizdə xidmət edən və "Vaqner PMC"-dən olan qəhrəmanları da tanıyırıq. Onların hər ikisi yaddaşımızda əbədi qalacaq", - deyə Peskov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!