YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Vardan Voskanyan: “İran və Hindistanla sıx əməkdaşlıq etməliyik“

Vardan Voskanyan: “İran və Hindistanla sıx əməkdaşlıq etməliyik“

Bölgə

06 Oktyabr 2022 17:37 844


"Bugünkü Azərbaycanla sülh mümkün deyil. Biz sülhə yox, hər an qapımızı döyə biləcək müharibəyə hazırlaşmalıyıq. Müharibə haqqında düşünməkdən qaçmamalı, bunun qaçılmaz olduğuna köklənməliyik".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu müzakirə zamanı erməni iranşünas Vardan Voskanyan deyib.

Onun sözlərinə görə, gündəm dinc xarakter daşımamalı, müharibəyə hazırlıqla bağlı olmalıdır.

“Heç bir sənəd Ermənistanın təhlükəsizliyini təmin etməyəcək. Noyabrın 9-da eyni bəyanatı bir fövqəldövlət imzalayır, lakin humanitar problemlər belə həll olunmur”, - deyə o izah edib.

Voskanyan "Azərbaycanın iştahasını cilovlayan İran və Hindistanla sıx əməkdaşlığa çağırıb". Eyni zamanda, o vurğulayıb: “Biz bundan sonra da dövlət statusuna sahib olmaq istəyirikmi? Əgər belədirsə, o zaman bu cür arzular xarici dövlətin, o cümlədən Rusiya, İran, ABŞ və ya başqa bir ölkənin ordusuna arxalanmaq düşüncələri ilə bir araya sığmır. Problemlərimizin kökü İranda, Rusiyada və ya ABŞ-da deyil, bizdədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!