“Varlı olmaq üçün şou-biznesə gəldim“ - Nadir

saytların hazırlanması

Evə çatdırılma

“Varlı olmaq üçün şou-biznesə gəldim“ - Nadir

Şou

02 Noyabr 2022 16:18 1006


“YouTube”da yayımlanan “Özəl tube” verilişinin budəfəki qonağı müğənni Nadir Qafarzadə olub.

Yenisabah.az xəbər verir ki, maraqlı açıqlamaları ilə gündəmə gələn müğənni bu gün “YouTube”da trend olan həmkarlarının bir çoxunun  bunu saxta yolla əldə etdiyini bildirib:

"Yutubda trendə düşənlər məni əsəbiləşdirir, qıcıqlandırır. Hərdən baxırsan ki, milyon baxış toplayıb, amma eşitməmişəm. Radio yayımlamır, insanlar qulaq asmayıb, məclisdə bunu istəyən yoxdur. Necə "hit" oldu?"  pizza sifarişi

Efirdə özü olmayan, qeyri-səmimi adamlar var. Onları səhnə arxasında tanıyırıq, səhnədə o deyil. Eyyub Yaqubov səhnədə də, efirdə də eynidir. Amma İlhamə Quliyeva yox. Deyib-gülən, səmimi qadın idi. Kamera qarşısında isə əsəbi görünürdü. Bəlkə də jurnalistlər ona elə suallar verib qıcıqlandırırdılar".

O, şou-biznesə gəlmə səbəbinin də məhz maddiyat olduğunu açıqlayıb:

"Sənətə gəldim, məcbur şou-biznesə çevrildim. Sənətdə pul yoxdur. Cib boşdur. Məcburiyyətdən - yaxşı yaşamaq, övladlarımın xaricdə oxuması, yaxşı maşın idarə etmək, rahat həyat üçün şou-biznesə gəldim".

Verilişdən sözügedən hissəyə 11-ci dəqiqədən etibarən baxa bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!