Vasif Talıbov Bakıda özünü Naxçıvandakı kimi hiss edir -   FOTOFAKT

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov Bakıda özünü Naxçıvandakı kimi hiss edir - FOTOFAKT

Sosial

05 Mart 2021 11:26 2789


Bu gün saat 10-da Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb. 

Yenisabah.az-ın xəbərinə görə, qurultay başlayana qədər nümayəndə heyəti  YAP-ın mərkəzi qərargahına toplaşıb. 

Diqqət çəkən məqamlardan biri bütün məmurların karantin qaydalarına riayət edərək tibbi maskadan istifadə etdiyi halda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, eləcə də Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun bu qaydalara riayət etməməsi, Nazirlər Kabinetinin qərarlarına əhəmiyyət verməməsidir. pizza mizza

Ola bilsin ki, Naxçıvanda açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə etmək barədə qərar yoxdur və Nazirlər Kabinetinin qərarı da muxtar respublikada keçərli deyil. Amma paytaxt Bakıda belə bir qərar qüvvədədir. Hətta Prezident İlham Əliyevin, AMEA-nın prezidenti Ramiz Mehdiyevin, həmçinin digər yüksək ranqlı məmurların tibbi maskadan istifadə etdiyinə dair fotolar var. Belə olan halda Vasif Talıbovun tibbi maska taxmaması açıq-aşkar qaydalara meydan oxumaqdır. Görünür ki, Naxçıvan xanı Bakıda da özünü muxtar respublikada olduğu kimi hiss edir. Daimi nümayəndə Bəxtiyar Əsgərov da Vasif Talıbovun qorxusundan maska taxmayıb, qaydaları pozub. Maraqlıdır, Daxili İşlər Nazirliyinin əməkdaşları bu davranışlarına görə onları da cərimələyəcəkmi?


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!