Bakı yollarında velosiped zolağı çəkilir. Bu məsələnin tıxaclara effektiv təsir göstərəcəyi deyənlər olsa da, lazımsız olduğunu iddia edənlər və sözügedən zolaqlardan narahat olanlar var. Bəs velosiped zolaqları yollarda sıxlığın azalmasına yardım edəcəkmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aqil Rəhimov “Yeni Sabah”a danışıb.
Ekspert bildirir ki, paytaxtda velosiped zolağının olması təqdirəlayiq addımdır: Toyuqlu pizza
“Velosiped zolağının çəkilməsi çox aktual mövzu idi. Buna görə də şəhərin bir sıra küçəsində bu zolaqlar çəkildi. Bəziləri düşünür ki, Bakıda velosiped sürənlərin sayı o qədər də çox olmadığı üçün bu yolun çəkilməsi lazımsızdır. Ancaq bu yanaşma doğru deyil. Velosipeddən istifadə edən şəxslərin sayının az olmasına səbəb onlara şərait yaradılmamasıdır. Ona görə də insanlar velosipeddən istifadə etməyə çəkinirdilər. İndisə əksinə, çox rahat bir formada sözügedən nəqliyyat vasitəsindən istifadə edə bilərlər. Unutmaq olmaz ki, velosipedçilər də tamhüquqlu yol hərəkəti iştirakçılarıdır. Bu səbəbdən velosiped zolaqlarının açılması təqdirəlayiqdir”.
Mütəxəssis həmçinin kimlərin bu yoldan istifadə edə biləcəyini açıqlayıb:
“Velosiped zolaqlarından sadəcə velosipedçilər və moped sürücüləri istifadə edə bilər. Motosiklet sürücüləri bu zolağa daxil ola bilməzlər. Avtomobillər isə velosiped zolağına girərsə, 40 manat məbləğində cərimə olunacaqlar. Həmçinin, velosipedçilər onlar üçün təyin edilən yoldan kənara çıxarsa, bu cərimə onlara da tətbiq ediləcək”.
Aytac Şahin
Telegram kanalımız