Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb - Rəsmi

İqtisadiyyat

23 Aprel 2026 12:29 100


Bu ilin I rübündə Dövlət Vergi Xidmətində müxtəlif faktlar üzrə cəmi 89 cinayət işi başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, hesabat dövründə İcraatına xitam verilmiş 12 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 51 material və ibtidai istintaqı tamamlanmış 5 cinayət işi üzrə 2.180,1 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bundan əlavə, dövlət büdcəsinə ümumilikdə 4.185,4 min manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.

9 vergi ödəyicisinə məxsus 10 obyektdə ümumilikdə 30 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub. Həmin şəxslərin əmək hüquqları bərpa olunub və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 60,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!