Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi

Sosial

21 Mart 2023 21:43 970


Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Abakar Hacıyevin ailəsinə Bakı şəhərində dördotaqlı mənzil verilib. 

Bu barədə Bizim.Media-ya şəhidin həyat yoldaşı Arzu Hacıyeva məlumat verib. 

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin əməkdaşı ona Suraxanı rayonunun Hövsan qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzilin açarını təqdim edib.  Sezar pizza

Arzu Hacıyera bildirib ki, Bakıda evi olmaq Abakarın arzusu idi: 

“Həmişə Bakıya iclasa gedəndə gecə yarısı olsa da, rayona qayıdardı, qohum evində gecələməyi sevməzdi”. 

Abakar Hacıyevin həyat yoldaşı ailələrinə ev verilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.  

Şəhidin anası, Zaqatalanın Dardoqqaz kəndində yaşayan Pirdas Hacıyeva oğlunun ailəsinin mənzil məsələsini həll edən dövlət qurumlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Abakar Hacıyev 24 il qüsursuz xidmət edib. O, Vətən müharibəsində Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhid olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!