Avstraliyada miqrasiya axınının azaldılması üçün viza qaydaları sərtləşdirilir.
“Yeni Sabah” xəbər verir ki, yeni qaydalarla viza müddətini aşan şəxslərin ölkədən çıxarılması sürətləndiriləcək. Hazırda Avstraliyada vizasını qanunsuz şəkildə uzadan 77 minə yaxın şəxsin olduğu bildirilir.
Yeni tələblərə görə, doktorantlar istisna olmaqla, xarici tələbələrin ailə üzvlərini Avstraliyaya gətirməsinə məhdudiyyət qoyulacaq. Bəzi Cənub-Şərqi Asiya və Sakit okean ölkələrinin vətəndaşları isə bu qaydadan kənarda qalacaq. pizza
Bundan başqa, iş və tətil vizaları üzrə müraciətlərdə lotereya sistemi tətbiq olunacaq. İkinci il ölkədə qalmaq istəyənlər üçün 45 min, üçüncü il üçün isə 5 min nəfərlik seçim keçiriləcək.
Daxili işlər naziri Toni Börk bildirib ki, tədbirlər mənzil çatışmazlığının azaldılmasına yönəlib.
Telegram kanalımız