Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Siyasət

25 Avqust 2023 19:55 774


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Mehriban Arif qızı. Sezar pizza

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, konstruktiv çoxplanlı əlaqələrin gələcək inkişafı da Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tam cavab verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!