"WhatsApp" messencerinin masaüstü kompüterlərdən yazışmağa imkan verən kliyentində ciddi boşluq aşkar edilib.
"Yeni Sabah" xəbər verir ki, sözügedən boşluğun həm "Windows", həm də "macOs" üçün kliyentlərdə mövcud olduğu məlum olub.
Cinayətkarlar mesajlara "javascript" kodu yerləşdirməklə kompüterdəki fayllara uzaq məsafədən müdaxilə edə, mesajların mətnini dəyişdirə və ya zərərli proqram təminatı quraşdırmaq imkanına malik olublar. Pepperoni pizza
Bu vəziyyət proqram tərtibatçılarının "Chromium" mühərrikinin köhnə versiyasından istifadə etməsi ilə izah edilib. /ICTnews
Telegram kanalımız