Xaçatryan Türkiyə və Suriyaya başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Xaçatryan Türkiyə və Suriyaya başsağlığı verdi

Dünya

06 Fevral 2023 17:48 818


Ermənistan prezidenti Vaan Xaçatryan zəlzələ ilə bağlı Türkiyə və Suriyaya başsağlığı verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Twitter”səhifəsində yazıb.

“Dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların tələfatı ilə bağlı Türkiyə və Suriyaya səmimi başsağlığı diləklərimi çatdırıram. Kədərli ailələrə başsağlığı, bütün yaralılara təcili şəkildə şəfalar arzulayıram”, – deyə o qeyd edib.  Dördpendirli pizza

Erməni apostol kilsəsinin katalikosu II Qaregin isə Suriya prezidenti Bəşər Əsədə başsağlığı teleqramı vurub, lakin o, Türkiyəyə başsağlığı verməyib. 

Son məlumatlara görə, Suriyada baş verən zəlzələdə 2 erməni əsilli Suriya vətəndaşı da həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!