“Xalq artisti” alanlarla bağlı od püskürən Nadir fikrini dəyişdi –   Röyaya üz tutdu

saytların hazırlanması

Evə çatdırılma

“Xalq artisti” alanlarla bağlı od püskürən Nadir fikrini dəyişdi – Röyaya üz tutdu

Şou

22 Oktyabr 2019 10:21 6404


Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artistlər - Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya "Xalq artisti" adı verilib. Həmkarlarının fəxri ad alması isə müğənni Nadir Qafarzadəni qəzəbləndirib.

“Yeni Sabah” xəbər verir ki, "Bir daha dünyaya gəlmək şansım olsaydı, haqq-ədalət olmayan ölkədə doğulmaq istəməzdim" – deyə sosial şəbəkədə paylaşım ədən ifaçı az sonra onu silib və fikrini dəyişib.  

Belə ki, Nadir bir neçə saat sonra paylaşım edərək fəxri ad alanlardan ancaq Röyanı təbrik etmək qərarına gəlib. İnstaqram hesabından xanım həmkarının şəklini paylaşan Nadir onun da işarələyərək bu sözləri yazıb: Dominos pizza

“Təbrik edirəm, əziz dost. Röya, uğurların bol olsun. Zəhmətkeş insan!”

Başqa bir paylaşımında isə onun da fəxri ad almasını gözlədiyini yazan izləyicisinə “Haqsızlıqlar ölkəsi – Azərbaycan”, - deyə cavab verib. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!