Xalq artisti infarkt keçirdi, açıq ürək əməliyyatı oldu - Fotolar

Xalq artisti infarkt keçirdi, açıq ürək əməliyyatı oldu - Fotolar

Mədəniyyət Veb saytların hazırlanması

31 Avqust 2022 18:56 8205


Xalq artisti Qurban İsmayılov DTX Hospitalında açıq ürək əməliyyatı olunub.

Yenisabah.az xəbər verir ki, əməliyyatı ürək-damar cərrahı Rafiq İbrahimov həyata keçirib.

Həkim bildirib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olsa da, hazırda vəziyyəti yaxşıdır: “Dörd saat davam edən əməliyyatdan sonra xəstəmiz artıq sərbəst gəzə bilir və həyat göstəriciləri normaldır. Qurban müəllimi sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək”.

Qeyd edək ki, Q. İsmayılov sonuncu dəfə “Ata ocağı” serialında rol alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!