Xalq artisti qardaşı oğlundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti qardaşı oğlundan danışdı

Şou

30 Noyabr 2023 11:14 8384


Musa Musayevin ATV kanalında çıxışı müzakirə yaradıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, o, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində deyib:

"Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam". Təranə Qumral ərinə dəstək verib: "Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün onu sevirik". Sezar pizza

Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir M.Musayevlə küsülüdür, aralarında barışıq olmayıb.

Xalq artisti Niyaməddin Musayev qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib:

"Onların danışıqlarını eşitdim. Sağ olsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, çox suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elçin
    Musanı adam eliyən Niyaməddin Musayev olub və Musanın görkəminə baxanda bilirsənki Əmilik deyil tam başqa birdir
    2 years ago