Xalq artisti şəhid olan qardaşı oğlundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti şəhid olan qardaşı oğlundan danışdı

Mədəniyyət

31 Oktyabr 2020 09:46 2114


Xalq artisti Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi bütün şəhidlərə rəhmət diləyib:

“Əziz xalqımız, dəyərli dostlar, Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş qardaşım oğlu İsrafil İbrahimov üçün baş sağlığı verən hər kəsə ailəmiz adından təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bu gün tarix yazan millətimizin qəhrəmanlarıdır. Vətən sağ olsun. Hamısının qarşısında baş əyirəm. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır”. Pepperoni pizza

Qeyd edək ki, Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu bir neçə gün öncə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. O, Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində bilavasitə iştirak edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!