Xalq artistinin koronavirus testi pozitiv çıxdı,  vəziyyəti ağırdır

Xalq artistinin koronavirus testi pozitiv çıxdı, vəziyyəti ağırdır

Mədəniyyət Veb saytların hazırlanması

31 Avqust 2022 11:31 1823


Xalq artisti Ənvər Həsənovdan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb. 

Bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının bir müddət əvvəl də koronavirus xəstəliyi keçirdiyi məlum olub.

"Hazırda vəziyyəti ağırdır və bir neçə gün əvvəl yerləşdiyi xəstəxanada müalicələri davam etdirilir", - A.Həsənova əlavə edib.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!