Xalq artistinin yoxluğuna dözməyən qardaşı dünyasını dəyişdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin yoxluğuna dözməyən qardaşı dünyasını dəyişdi - Foto

Şou

10 Yanvar 2021 16:59 1890


Xalq artisti, sevilən aktrisa Səfurə İbrahimovanın qardaşı Zahid İbrahimov dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu haqda aktrisanın qardaşı qızı Könül İbrahimova məlumat verib.

"Atam mənimlə yaşayırdı, uzun illərdir ki, xəstə idi. Bibim xəstələnib yatağa düşəndə atamı da gətirib, onun yanında yerləşdirdim. Çünki hər ikisinə mən baxırdım. Marqarita pizza

Atam bibimin xəstəliyi və daha sonra da ölümü ilə barışa bilmirdi. Onu hədsiz çox istəyirdi, mən bilirdim ki, atam ondan sonra çox yaşamayacaq.

Bibimi itirəndə gözləri doldu, xəstəliyi yadından çıxdı. Gəlib onun çarpayısının yanında oturub saatlarla ağlayırdı. Atamı da bibimin yanında dəfn etdik" - deyə bildirib.

Qeyd edək ki, teatr və kino incimiz Səfurə İbrahimova dekabr ayının 22-də dünyasını dəyişib. /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!