"Əgər bu gənc qız (Məhsa Əmini - red.) olmasaydı, bu il ölkədə əmin-amanlığı pozmaq və iğtişaşlar yaratmaq üçün başqa bir bəhanə yaradardılar".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.
O, ilk dəfə son ayda İslam Respublikasında baş verən hadisələrə toxunub və iğtişaşların planlı olduğunu vurğulayıb: "Əgər bu gənc qız olmasaydı, bu il ölkədə əmin-amanlığı pozmaq və iğtişaşlar yaratmaq üçün başqa bir bəhanə yaradardılar. Mən açıq şəkildə deyirəm, bu iğtişaşlar ABŞ və qəsbkar sionist rejim (İsrail - red.) tərəfindən hazırlanıb. Onların muzdluları və xaricdəki bəzi xain iranlılar düşmənə kömək ediblər". Pepperoni pizza
Ayətullah Xamnəi əlavə edib: "Dünyada çoxlu iğtişaşlar baş verir və Avropada, xüsusən də Fransada, Parisdə arabir iğtişaşlar olur, lakin heç olubmu ki, Birləşmiş Ştatların prezidenti, Nümayəndələr Palatasının nümayəndələri iğtişaşçılara dəstək versin? Onlara mesajlar göndərib "sizinləyik" deyən varmı? Amerika kapitalizmi ilə əlaqəsi olan KİV-lərin və onların muzdlularının həmin ölkələrdə iğtişaşçıları dəstəkləməsini görən olubmu?"
Telegram kanalımız