Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Xankəndi Azərbaycan ərazisidir və ora İran yük maşınlarının getməsi düzgün deyil”
21 Sen 2021 17:42
30847

“Xankəndi Azərbaycan ərazisidir və ora İran yük maşınlarının getməsi düzgün deyil”

İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin “Yeni Sabah”a müsahibəsi:

- Son vaxtlar İranla Azərbaycan cəmiyyəti arasında bir gərginlik mövcuddur. Bu durumu şərh etmənizi istəyərdik?

- Vəziyyət göründüyü kimi gərginləşib. Müxtəlif fikirlər ortaya çıxıb. Bəzi hadisələr baş verib və buna qarşı yazılar yazılıb, fikirlər söylənib. İki tərəf də bu məsələni müxtəlif səviyyədə təqdim edir. Siyasi səviyyədə, KİV-in təhriki ilə yazıçılar, şərhçilər, siyasətçilər bu söhbətlərə fikir bildiriblər. Buna görə də atmosfer bir az qarışıqdır bu saat. Bu məsələlər zənnimcə davam etməməlidir. Hesab edirəm ki, bu söhbətlər aydınlaşmalıdır və həll edilməlidir. Bu məsələ danışıq yoluyla həll olunacaq. Əvvəllər də İran-Azərbaycan arasında belə məsələlər olub. Sonra da həll edilib, gedib. Onun üçün bu danışıqlara başlamaq lazımdır.

- Bu gərginliyin yaranmasının əsas səbəblərindən biri də İran maşınlarının Xankəndiyə yanacaq və digər məhsullar daşımasıdır. Xankəndi BMT tərəfindən Azərbaycan ərazisi hesab edilir. Sizcə İran yük maşınlarının Azərbaycan ərazisinə Azərbaycanın razılığı olmadan daxil olması beynəlxalq hüququn pozulması deyilmi?

- Hər şey araşdırılmalıdır və bu məsələnin hüquqi cəhətləri ilə yanaşı siyasi cəhətləri də danışılaraq həll edilməlidir. Qarşılıqlı inam gücləndirilməlidir. Bunun başqa yolu yoxdur. 

Səbəblər aydındır. Azərbaycan İranın yük maşınlarının Xankəndinə getməsindən narahat olaraq buna etirazını bildirib. Sonra da bu səbəbdən Gorus-Qafan yolunda Azərbaycan tərəfi post quraraq İran maşınlarından torpaqbasdı pulu tələb edir və s. Azərbaycanın ehtiyacı da yox idi bu məsələni bu cür qabartsın. Xankəndi məsələsinə görə Azərbaycan belə bir qarşılıq verib. Bununla yanaşı İran tərəfi diqqətli olmalı idi. Çünki Xankəndi Azərbaycan ərazisidir və ora İranın yük maşınlarının getməsi düzgün deyil. 

Normal olaraq da bunun qarşısı alınmalıdır. İranın hər zaman mövqeyi belə olub ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu açıqlamalar dəfələrlə olub. Təbii ki, İran tərəfi bunu əməldə də göstərməlidir. Buna görə oraya yük maşınlarının getməsi düzgün deyil. 

Ən azından bu məsələni koordinasiya etmək olardı. İndiki durumda Azərbaycan tərəfi heç özü Ermənistanla bəzi problemləri yekunlaşdırmayıb. Rusiya da sülhməramlı adı altında öz fəaliyyətini orada davam etdirir. Ermənistanla İranın əlaqəsi hər zaman olub və bu əlaqələr davam etdirilir. Ermənistana gediş-gəlişin heç bir problemi yoxdur. İran yük maşınları Ermənistana girib-çıxa bilər. Azərbaycan tərəfinin də öz ərazisinə nəzarət etməsi hüququ cəhətdən normaldır, amma qonşuluq cəhətindən İranla münasibətlər o yerə çatmasaydı yaxşı olardı.

Məncə onların bu hərəkəti problemi həll etmir, tam tərsinə qəlizləşdirir. Sonra bəzi hərbi təlimlər də oldu. Azərbaycan-Türkiyə-Pakistan təlimləri, Azərbaycan-Türkiyə təlimləri oldu regionda. İran da buna görə Aslandüz-Culfa istiqamətində manevrlər etməyə başlayıb. Tezliklə hər iki ölkənin xarici işlər nazirləri görüşməlidir. Mandatlar əsasında Bakı-Tehran arasında bəzi anlaşılmazlıqlar həll olunmalıdır. Çünki hər zaman belə hadisələr olanda üçüncü qüvvələr də bu mövzularda ortaya girib, qarışıqlıqdan sui-istifadə edirlər. Biz bunların hər zaman şahidi olmuşuq.

Burada bir faktor da var ki, Rusiyanın sülhməramlı qüvvələri hazırda Qarabağdadır. Biz bilirik onlar orada necə rəftar edir. Onların da bu məsələlərə laqeyd yanaşması birmənalı qarşılanmır. Azərbaycan buna diqqət yetirməlidir və son zamanlar öz etirazımızı buna bildirmişik. Onlar buraya sülhməramlı adı altında gəlməyiblər. Ruslar burada daimi qalmaq üçün gəliblər və onların başqa məqsədləri var. Buna diqqət göstərilməlidir. Hər halda əgər Rusiya ilə İranın siyasətini müqayisə edəndə ən azından İranın bizə etdikləri Rusiyadan daha yaxşı olub. Amma yenə də arada həssasiyyətlər var. Azərbaycanın öz həssaslığı, İranın isə öz həssaslığı mövcuddur. Çalışmalıyıq ki, nisbi formada bu problemi həll edək. 

Əlbəttə, əsas məsələ də budur ki, Azərbaycanda və İranda xarici siyasətin istiqaməti fərqlidir. Bundan dolayı anlaşılmazlıqlar yarana bilər. Azərbaycanın xarici siyasətdə başqa ölkələrlə də anlaşılmazlıqları olub. İranın Rusiya ilə siyasətində də bu hallar olub. İndi hər ölkə öz tərəfinə yaxınını çəkə və s. edər. Bununla iş getmir. Bizim uzun müddətli olan qədim tariximiz və mədəniyyətimiz var. Xalqlar başqa şey umur ki, bu dostluq və qardaşlıq daimi olsun, hər şey millətlərin xeyrinə olsun.

- Mövcud olan hazırkı gərginliyin aradan qaldırılması üçün tərəflərin hansı addımı atmasının vacib olduğunu düşünürsünüz?

- İxtilaflar təbii ki, olacaq. Buna görə də gərək müştərək nöqtələri taparaq, onların üzərində əlaqələr qurmaq lazımdır. Azərbaycanın da İranla müştərək nöqtələri var və hər iki dövlət bu yolla problemləri həll etməlidir. Ortanı qızışdırmaq da lazım deyil. 

Hər iki tərəfdə bəzi kəslər, bəzi söhbətlər edərək aranı qızışdırırlar. Onların sözü əsas deyil fikrimcə. Səsverməyə qoysaq, o adamların fikirləri heç qəbul olunmaz. Bunun üçün dövlətlər və hakimiyyətlər bu məsələlərə diqqət yetirməlidirlər. 

Bəzən mən görürəm ki, bizim deputatlardan hansısa danışır. İranda qeyri-rəsmi bir şəxsin Azərbaycana dediyi sözləri İranın dövlət fikri olaraq hesab edirlər və birbaşa olaraq onları ittiham edir. Amma İranın XİN sözçüsünün ağzından belə fikirlər səslənməyib. Bunlara diqqət göstərmək lazımdır. Azərbaycana qarşı bu tip anlaşılmazlıqlar olur. Xalq gərək bir-birini sevə. Ən səmimi danışıq elə xalqlarımız arasında olar. Çünki dinimiz birdir, mədəniyyətlərimiz qədimidir. Bu odun üstünə su tökmək lazımdır, benzin yox.

Ardı var...

Rafi Müslümov

  • Loğman Məmmədov
    Loğman Məmmədov
    İRANI DÜŞÜNÜRƏM (Allah yolundan çıxıb mollalar,mənə görə, Allahşükür də o qəbildəndir) Hər kəs şiyə də ola bilər,sünnü də, Əsas məsələ insan olmaqdır Həzrət Əli kimi,Ömər və Osman həzrətləri kibi. Iran,səndən xəbər alım, De sən nəyin nəsisən ki?!. Niyə zalım,nədən zalım, Lap zalımın təkisənki! Get Şahlardan qisasın al, Axşamın al,sabahın al... Döy başına günahın al, Deyim:Var ol,zəkisənki!.. Sən allahın bəlasına,- Kor bir şeytan balasısan... Yerdən göyə çarəsizsən,- Suya düşmüş pambıq təki... Sən Nadirin qulbeçəsi,- Sahibsiz @Fars yetimçəsi... Şahabbasın bir köləsi, Sən Əlinin nəysən ki?! Nə Hasansan,nə də Söyün, Döyün dizə,başa döyün Ama olmayın quşbeyin,- Türklər sizə neynəiybki?! A yöndəmsiz Farsoğlu fars, Sözlərimi biryana yaz, Vallah,səndən adam olmaz,- Ermənidən fərqsizən ki!.. Geri qayıt,müsəlman ol, Təpə-dırnaq din-iman ol. Yaşa, güllügülütan ol, Allahın sev İnsan təki. Gəlin birlikdə AMİN deyək Qazi N.P.S.MUTLUTÜRK
    28 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər