Xankəndidə kommunal xidmət ödənişinin hansı pulla ediləcəyi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə kommunal xidmət ödənişinin hansı pulla ediləcəyi açıqlandı

Sosial

26 Sentyabr 2023 12:04 26374


Lokal antiterror tədbirləri nəticəsində  separatçılardan təmizlənən ərazilərdə  kommunal xidmətlər ölkəmiz tərəfindən həyata keçiriləcək.

Xankəndi şəhərinə Azərbaycan tərəfindən elektrik enerjisinin verilməsi bu istiqamətdə atılan addımlardan biridir.

Bunu "Xəzər Xəbər"ə  açıqlamasında Millət Və kili Naqif Həmzəyev deyib. pizza mizza

Millət Vəkili bildirib ki, həmin ərazilərdə kommunal xidmətlərin tam qaydasına düşməsi üçün zamana ehtiyac var. Çünki, əvvəlcə reinteqrasiya prosesinin yekunlaşmasını gözləmək lazımdır.

Naqif Həmzəyev qeyd edib ki, illər sonra Azərbaycanın nəzarətinə  keçən ərazilərdə  aidiyyəti qurumlar tərəfindən kommunal təsərrüfat sahələri dərindən öyrənilməlidir. Köhnə  üsulla qurulan şəbəkənin Azərbaycan şəbəkəsinə  inteqrasiya olunması üçün sistemli iş görülməlidir.

Millət vəkili həmin yerlərdə kommunal ödənişlərin hansı pul vahidi ilə ediləcəyi məsələsinə də aydınlıq gətirib.

O, sözügedən ərazilərdən Ermənistan bank sistemi çıxarılacaq, ödənişlər üçün yerli bankaların ofisləri açılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!