Xanlar Vəliyevin yeni böyük köməkçisi kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Xanlar Vəliyevin yeni böyük köməkçisi kimdir? - DOSYE

Sosial

17 Noyabr 2023 12:47 655


Hərbi Prokurorluqda yeni təyinat olub. Hərbi Prokuror Xanlar Vəliyevin əmri ilə Fərəc Sayılov Hərbi Prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

“Yeni Sabah” Metbuat.az-a istinadən hərbi prokurorun yeni böyük köməkçisi Fərəc Sayılovun dosyesini təqdim edir.

Sayılov Fərəc Nuhbala oğlu 26.09.1982-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Toyuqlu pizza

2005-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Tərtər hərbi prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işər üzrə müstəntiqi, Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifələrində qulluq keçib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun və Hərbi prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb.

Ədliyyə polkovnik-leytenantıdır.

Ailəlidir, üç övladı vardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!