“Türkiyədə və digər xarici ölkələrdə təhsil alan vətəndaşlarımız üçün şərait yaratmalı, onların həmin ölkədə yaşayışını asanlaşdırmalıyıq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib. O bildirib ki, bu ənənə tariximizdə də mövcud olub:
“Biz demokratik ölkədə yaşayırıq. Bu səbəbdən hər bir insanın istədiyi ölkədə oxumaq hüququ var. Kiminsə bu hüququnu pozmaq olmaz. Əgər bir insan təhsilini xaricdə davam etdirmək istəyirsə, bu niyə də olmasın? Həmin şəxslər gələcəkdə Azərbaycana qayıdıb öz sahələrində peşəkar olacaqlar. Hazırda ölkəmizdə n qədər peşəkar, uzman, mütəxəssis şəxslər, həkimlər mövcuddur. Bunların çoxu Türkiyədə, digər ölkələrdə təhsil alıb, vətənə geri dönən adamlardır. Bu təcrübə tariximizdə də var. Milyonçularımız öz vəsaitləri hesabına imkanı olmayanları xaricə təhsil almağa göndərirdilər”. Dördpendirli pizza
Bəhram Bağırzadə gənclərimizin xarici ölkələrdə təhsil almasını müsbət olaraq qiymətləndirir:
“35 min azərbaycanlı tələbənin Türkiyədə təhsil alması müsbət bir haldır. Sadəcə burada əsas məqam onlara dəstək olmağın vacibliyidir. Onlar üçün qardaş ölkədə şərait yaratmalıyıq. Xaricdə təhsil alan tələbələrimiz üçün yataqxanalar inşa etməliyik. Əgər gələcəkdə gücümüz çatarsa, səfirliyin nəznində bunları həyata keçirmək olar”.
Aytac Şahin
Telegram kanalımız