Aleksandr Lukaşenko “Belarus Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb.
Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, dövlət başçısı yeni qanun Belarusdan kənarda olan və cinayət prosesini aparan orqanın qarşısına gəlməkdən yayınan müttəhimlərə qarşı cinayət işlərində xüsusi (qiyabi) icraat təsisatını təqdim edir.
Eyni zamanda, təqsirləndirilən şəxsə qarşı xüsusi icraat başlanıla bilən cinayət tərkibinin siyahısı müəyyən edilir. Bunlara, xüsusən, terror aktı, soyqırım, muzdluluq, dövlətə xəyanət, təxribat, ekstremist birləşmənin yaradılması və ya tərkibində iştirak, iğtişaşlar, sanksiyalara çağırışlar daxildir. pizza
Telegram kanalımız