Xarkov vilayətinin Borova rayonunda aşkar edilmiş kütləvi məzarlıqda azı 17 nəfərin - mülki vətəndaşların və hərbçilərin cəsədi tapılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə barədə Ukrayna Milli Polisinin (NPU)“Telegram” kanalında məlumat verilib.
“İlkin məlumatlara görə, məzarda azı 17 nəfər - mülki şəxslər və Silahlı Qüvvələrin əsgərləri dəfn edilib. Müstəntiqlər ilk iş günündə 3 hərbçinin meyitini çıxarıblar”, - NPU-dan bildiriblər. pizza
Qeyd olunur ki, Kopanki kəndinin sakinləri kütləvi dəfn barədə məlumat veriblər.
“Sakinlər istintaqa bildiriblər ki, işğalçılar ölənlərin meyitlərini bütün əraziyə yığıblar, aprelin 13-də iki yük maşını ilə gətirib, ekskavatorla 3 metr dərinlikdə çuxur qazıb, bütün meyitləri ora atıblar. Sonra dəfn yeri tanklarla hamarlanıb”, - məlumatda deyilir.
Milli Polisin Xarkov vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsinin rəis müavini Dmitro Soyma bildirib ki, yerli sakinlərin sözlərinə görə, Ukrayna hərbçiləri döyüşdə həlak olublar.
“Ruslar qəbrin üzərinə heç bir işarə qoymayıblar və kəndlilərə də bunu etməyə icazə verməyiblər. Onlara yalnız Pasxa bayramında qəbiristanlığa gəlməyə icazə veriblər. İnsanlar üç xaç tapıblar və bu yolla qəbrin ətrafını işarələyiblər, alaq otlarını təmizləyiblər”, – deyib.
Milli polisdən verilən məlumata görə, çıxarılan bütün cəsədlər ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndəriləcək.
Telegram kanalımız