16 Avqust - 10:33
“Xərçəng bütün bədənimə yayılıb” - “Toppuş bacı”

“Xərçəng bütün bədənimə yayılıb” - “Toppuş bacı”

Şou

03 İyul 2022 19:10 1084


Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva hər həftə kimyaterapiya alır.

Yenisabah.az xəbər verir ki, bu haqda "Toppuş bacı" ləqəbli aktrisa instaqramda canlı yayımda deyib. O bildirib ki, şiş bütün bədəninə yayılıb:

"Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm.

Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!