Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Kriminal

29 Avqust 2026 16:58 98


Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan "Chevrolet" markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, 32 yaşlı Məhəmməd Vəliyev saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, M.Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Marqarita pizza

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Vəliyev inzibati qaydada həbs edilib və onun nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!